“İş yerlərində bu gün üçün mövcud olan işçi ixtisarları süni şəkildə baş verir”.

“Korrupsiya.az” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, ən çox əziyyət çəkilən məsələlərdən biri iş yerlərindən ixtisarlarla bağlıdır: “Xahiş edirəm ki, plana uyğun olaraq ən azı dövlət qurumlarından, müvafiq nazirliklərdən siyahı alaq ki, heç olmasa son bir ildə orada nə qədər işçi ixtisarı olub? Əvvəl işsizlik problemi var idisə, bu gün işçi ixtisarları ilə bağlı şikayətlərlə qarşılaşırıq. Bu da süni ixtisarlardır. Fəxri fərman və ya təşəkkürnamə verilən şəxs bir aydan sonra yeni rəhbər gəlib deyə ixtisara düşüb. Səbəb də odur ki, səninlə işləmək istəmirəm. İxtisar olunmuş insanların da problemləri ilə bağlı ya ictiami dinləmə və ya müvafiq qurumlarla müzakirə keçirək”.

Anar Kəlbiyev

Paylaş