“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

“Korrupsiya.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, aşağıdakı məzmunda 20.0.23-cü maddə əlavə edilib:

“siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə”.

Bundan başqa, dövlət başçısı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 27 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar fərman imzalayıb.

Müəyyən edilir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.23-cü (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin Qanunun 20.0.23-cü maddəsində “orqan (qurum)” dedikdə birinci halda Nazirlər Kabineti, ikinci halda Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.

Paylaş