Həftəsonu Azərbaycanda aşkarlanan narkotik maddə çəkisi açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Korrupsiya.az”a bildirilib ki, yanvarın 28-29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.

“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub

Paylaş