“Rusiya Britaniyanın yeni kralı III Çarlzın may ayında keçiriləcək tacqoyma mərasiminə dəvət olunmayıb”. 

“Korrupsiya.az” RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.

“II Elizabetin dəfn mərasimində olduğu kimi buna da bizi dəvət etməyiblər”, – Kelin deyib.

III Çarlz 2022-ci ilin sentyabrında anası Kraliça II Elizabetin ölümündən sonra taxta çıxıb. 6 may 2023-cü ildə yeni monarxın tacqoyma mərasimi Vestminster abbatlığında keçiriləcək. Eyni zamanda, onun həyat yoldaşı Kamilla kraliça kimi taclanacaq.

Paylaş