Xəbər verdiyimiz kimi, fevralın 11-də Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində “Audi” markalı avtomobil idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılması nəticəsində 4 nəfər ölüb.

“Korrupsiya.az” xəbər verir ki, hadisə zamanı həyatını itirənlərdən 3-ü məktəblidir. Onlar Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı orta məktəbin 11 c sinif şagirdi, 2006-cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, 11b sinif şagirdi Abasov Nihat Babək oğlu və 10d sinif şagirdi 2007 ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğludur.

Yaralananlardan 2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu da adıçəkilən məktəbdə təhsil alırlar.

Qəza zamanı dünyasını dəyişən digər şəxs isə “Audi” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğludur.

Paylaş