Verdiyi qərarlarla dünyanı heyrətə salan Şimali Koreya lideri Kim Çen In yenidən diqqət çəkib.

“Korrupsiya.az” xəbər verir ki,  Şimali Koreya lideri 10 yaşlı qızı Çju En Ju-ae ilə eyni adı daşıyanlara adlarını dəyişməyi əmr edib.

Bildirilib ki, hazırda Ju-ae adlı şəxslər barəsində ölkədə araşdırma aparılır və onlardan adlarının dəyişdirilməsi tələb olunur.

Kim Çen In 2022-ci ilin noyabr ayının sonunda qitələrarası idarə olunan raket sınağını izləyərkən qızı ilə ilk dəfə kameralar qarşısına keçib. Kim fevralın 8-də kazarma ziyarətində, fevralın 9-da isə hərbi mərasimdə iddia edilən varisi Kim Ju-ae ilə birlikdə iştirak etmişdi.

Paylaş