Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra getdikləri Malatyadan qayıdan Milli Təhsil Nazirliyi Axtarış-Xilasetmə Birliyinin (AKUB) xilasediciləri qəzaya düşüb. 

“Korrupsiya.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, mikroavtobus Kırıkkalenin Keskin rayonunda aşıb. Hadisə nəticəsində 13 nəfər yaralanıb.

Xəbərdarlıq üzərinə çox sayda sağlamlıq, polis və xilasetmə qrupu qəza yerinə sövq edilib.

Paylaş