Rusiyalı mərhum  siyasətçi Vladimir Jirinovskinin oğlu Oleq Eydelşteyn polisə hücum edib.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə Rusiya KİV-lıri məlumat yayıb. Bildirilir ki, o Moskvada restoranların birində polislə əlbəyaxa dava edib. Hadisədən sonra Oleq saxlanılıb.

Jirinovskinin oğlu şöbəyə aparılıb. Polisin məlumatına görə, orada o, polis leytenantına bir neçə yumruq vurub, nəticədə məmurun sağ körpücük sümüyü nahiyəsində qançır əmələ gəlib.

Hazırda o inzibati məsuliyyətə cəlb edilib.

Paylaş