Bu ilin yanvar ayında Azərbaycanda narkotik satan 9 İran vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda bildirilib.

Cinayət məsuliyyətinə cəlb edilən 11 nəfər xarici ölkə vətəndaşından 9-u İran İslam Respublikası, 1-i Türkiyə,1-i Rusiya Federasiyası vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 27 kq 335,616 qrmüxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.

Paylaş