“Azərbaycanda ümumi daxili məhsulda (ÜDM) özəl sektorun payı 1995-2021-ci illər ərzində 2,8 dəfə artıb”.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli  deyib.

Onun sözlərinə görə, rəqabətə davamlı iqtisadiyyatın reallaşdırılması üçün 2022-2026-cı illər üzrə strategiyaya əsasən gələcəkdə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

“Dövlət satınalmaları və ticarət fəaliyyəti haqqında yeni qanun layihəsinin hazırlanması planlaşdırılır. Həmçinin 2023-2025-ci illərdə qlobal tələblərə inteqrasiya məqsədilə milli standartlara dair yeni tələblər hazırlanacaq”, – o deyib.

Paylaş