Ukraynanın Xerson vilayətində Rusiya tərəfindən öldürülən dinc sakinlərə görə 3 günlük matəm elan edilib.

“Korrupsiya.az.az” xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, mayın 3- də  rusların raket zərbələri nəticəsində Xersonda 23 nəfər ölüb, 46 nəfər yaralanıb.

“Düşmənin hədəfləri yaşadığımız, işlədiyimiz yerlərdir. Onların məqsədi bizim və uşaqlarımızın həyatıdır”, –  deyə Prokudin vurğulayıb.

 

 

 

 

Paylaş