Nizami Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Qabil Cəbiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

 

İttihama görə, Qabil Cəbiyev Bakıda fəaliyyət göstərən qeyri-qida (oyuncaq) məhsullarının satışını həyata keçirən şirkətlərdən birinin mühasibi vəzifəsində çalışıb. O, 2023-cü illərdə şirkətin ümumilikdə 18390 manat məbləğində pul vəsaitini elektron qaydada öz kart hesabına əmək haqqı adı ilə köçürərək mənimsəyib.

 

Hazırda Qabil Cəbiyev şirkətə dəymiş ziyan tam ödəyib, məhkəmədə zərərçəkmiş ondan şikayətçi olmadığını qeyd edib.

Paylaş