Erməni generalın həbs müddəti UZADILDI
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sabiq baş katibi, Ermənistan ordusunun Baş Qərargahının sabiq rəhbəri, general-polkovnik Yuri Xaçaturovun oğlu, 3-cü ordu korpusunun sabiq komandiri general Qriqori Xaçaturovun yenidən məhkəməsi keçirilib.
“Korrupsiya az” xəbər verir ki, məhkəmənin qərarı ilə Xaçaturovun həbs müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Xaçaturov barəsində vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ilə bağlı iş başlanıb.
Həmçinin, Q.Xaçaturov 2020-ci ilin İyul döyüşlərinin birbaşa təşkilatçısı və icraçısı sayılır. Belə ki, Tovuza hücum əməliyyatına rəhbərlik edən şəxslərdən olub.