Qlobal istiləşmə bütün dünyaya təsirini davam etdirir. Bu səbəbdən alman səhiyyə mütəxəssisləri həyatı asanlaşdırmaq üçün yeni bir təklif irəli sürüblər.

“Azdın.az” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Karl Lauterbax cənubi Avropa modelinə uyğun siesta tətbiq etməyi təklif edib.

 

“İstilikdə siesta mütləq yaxşı fikirdir. İşəgötürənlər və işçilər özləri üçün danışıqlar aparmalıdırlar. Təbii ki, bu, bir çox peşələr üçün tibbi məna kəsb edir”, – nazir öz “Twitter” mikrobloqunda yazıb.

Qeyd edək ki, “Siesta” latın sözü olan “hora sexta” dan götürülüb. Mənası “6-cı saat” və ya “günorta” deməkdir. Siestanı çox vaxt “ispan yoqası” adlandırırlar. Siesta günorta yuxusu deməkdir. Günorta saatlarında qısa yuxu fasiləsinin günü daha faydalı, işi isə daha keyfiyyətli etdiyi hesab olunur.

Paylaş