İran Hərbi Hava Qüvvələri “Vilayət səmasının müdafiəçiləri” kod adlı irihəcmli hava təliminə başlayıb.

“Korrupsiya az” İRNA-ya istinadən xəbər verir ki, ölkənin müdafiə qabiliyyətini artırmaq, real döyüş ssenarilərini simulyasiya etmək üçün təlimdə həm pilotlu, həm də pilotsuz təyyarələr iştirak edəcək.

İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahedi sözügedən təlimdə bütün hava qüvvələri bazalarının fəal iştirak edəcəyini, İsfahan əyalətindəki Şəhid Baba Hərbi Hava Bazasının əsas rol oynayacağını bildirib.

Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrinin qırıcılarının bir hissəsi artıq İsfahan bazasına köçürülüb.

Paylaş