Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi terror cinayətinin istintaqı çərçivəsində İŞİD üzvü olan iki Gürcüstan vətəndaşını saxlayıb.

“korrupsiya” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Gürcüstanın iki rayonunda eyni vaxtda dörd istiqamətdə xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı İŞİD terror təşkilatının rəmzləri olan bayraqlar və müxtəlif növ elektron daşıyıcılar götürülüb. Bundan başqa, saxlanılanların yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular və partlayıcı maddələr götürülüb.

Saxlanılanları 10 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Paylaş