“Qarabağda əməliyyat elə bir zamanda həyata keçirildi ki, heç bir xarici dövlət, beynəlxalq təşkilat tənqidi fikir bildirə bilmədi”.

“Korrupsiya.az” xəbər verir ki, bunu İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədər keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

K. Əliyev bildirib ki, Azərbaycan Ordusunun qazandığı uğur, ölkənin ərazi bütövlüyünün bərpası çox mühüm məsələ idi: “Ölkədə təhlükəsizliyin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, stabillik və qanunun aliliyinin təmin edilməsi olmasa, nailiyyətlər əldə edilə bilməz.

Bəzi ermənipərəst dövlətlər, təşkilatlar hər zaman olub, olacaq. Onlar Azərbaycanın gördüyü işlərə kölgə salmağa çalışırlar, lakin heç vaxt buna nail ola bilməyəcəklər”.

Paylaş