Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib. Generalı bu postda oğlu, Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.

R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi idi.

Qeyd edək ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə, həmçinin, 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur.

Paylaş