Taksi sifarişi operatorlarının Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatlarının siyahısı hazırlanacaq.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” sərəncamında əksini tapıb.