Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən S.İbrahimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

İttihama görə, S.İbrahimov Masallı şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq anbarında mühasib vəzifəsində işləyib. O, çalışdığı müddətdə 2023-cü ildə zərərçəkmiş qardaşların ona etibar etdiyi “Asan İmza” vasitəsi ilə öz əmək haqqı kartına əlavə əmək haqqı adı ilə ümumilikdə 10 548 manat məbləğində maddi ziyan vurub.

 

Masallı Rayon Məhkəməsinin hökmü ilə S.İbrahimov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması(elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib, onun cəzasının ağırlaşdırılmasını istəyib.

Paylaş