Bank olmayan kredit təşkilatı “Azpul” MMC-yə qarşı dələduzluq edilib.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, Rüfət Məmmədov adlı şəxsin MMC-nin pulunu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Rüfət Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş