Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Korrupsiya.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
Qəza nəticəsində 1996-cı il təvəllüdlü Sabir Bayram oğlu Məmmədov hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü Dostu Əliyar qızı İsmayılova isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.