Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Abbasov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Tərlan Abbasova Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib.