Kursk vilayətinin Maryino yaşayış məntəqəsində sanatoriyaya hücum nəticəsində Şimali koreyalı general yaralanıb. Şimali Koreya (KXDR) ordusunun daha bir neçə zabiti həlak olub.
Bu barədə Korrupsiya.az “Financial Times”a istinadən xəbər verir.
Nəşrin mənbəsinin sözlərinə görə, Maryinoya edilən hücum son bir həftə ərzində Kursk vilayətində Şimali koreyalılara qarşı yönəlmiş hücumlardan biridir. Onun sözlərinə görə, Ukrayna qüvvələri koreyalıların dislokasiya yerlərini axtarırdılar, çünki ruslar onları səpələyiblər.
“Financial Times”ın məlumatına görə, Şimali koreyalı generalın kimliyi açıqlanmayıb. Lakin əvvəllər məlum olub ki, Şimali Koreya “Fırtına Korpusu”nun xüsusi təyinatlı bölmələrinə nəzarət etmək üçün general-polkovnik Kim Çen Boku göndərib.
Onun Maryinoda yaralandığını təsdiqləmək mümkün deyil.