Masallı rayon icra hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlının Fətullah Gülənə aparan yol.
Ötən yazılarımızda Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun və onun müavini N.Muxtarlının rayona ayrılan vəsaitlərin öz malları kimi mənimsəməklərindən söhbət açmışdıq. Bu yazının ardınca saytımıza məlumatlar daxil olmaqda davam edir. XəbərAl.az saytının verdiyi məlumata görə Masallı RİH-in müavini N.Muxtarlı haqqında deyilənlər təsdiq edilir. Mənbənin verdiyi məlumata görə o, həqiqətən Fətullah Gülənlə yaxınlığı barəsində məlumat doğru çıxdı, həm də müxalifətçi kimi fəaliyyət göstərir. N.Muxtarlının atası Muxtar kişi 3 oğlu Nəsir, Faiq,Natiq ilə 2003-cü ilə prezident seçkiləri zaman Əli Kərimli və İsa Qəmbər Masallı rayonuna gələndə, Masallı camaatının gözü qarşısında Ulu Öndər Heydər Əliyevin plakatını cırıb, müxalifət lideri Əbülfəz Elçibəyin plakatını qaldırmışlar. Nəsir Muxtarlının müxalifətə yaxınlığını onu Fətullah Gülənlədə iş birliyinə sövq etmişdir. Nəsir Muxtarlının atasının Elçibəy və Əli Kərimliyə bilavasitə yaxınlığı onların vasitəsilə hərracda təqdimatı ilə 1992-ci ildə Nəsir Muxtarlının Türkiyəyə Fətullah Universitetinə təhsil almağa göndərmişdilər. bu məlumatı birbaşa Masallı rayon ağsaqqallıları, ziyalıları təsdiq edir ki, Nəsirin atası qatı müxalifətçi olmaqla yanaşı dolayı yolla oğlunu Fətullah Gülənlə iş birliyinə aparıb çıxarmış, və Fətullah Gülənin pulunun hesabına İcra Hakimiyyətində müavin qoydurmuşdur. XəbərAl.az saytının verdiyi məlumata görə Nəsir Muxtarlı orta nəslin nümayəndələri ilə sözü düz gəlməyəndə sakinlər bildiriblər ki : Yadından çıxıbmı ay Nəsir müəllim Fətullah Gülən səni yanına çağırıb, əlini belinə qoyub “Seni öpüyorum Nasir,Koçum benim” – deyirdi.
Hal hazırdada Azərbaycan rəhbərliyinə qarşı Əli Kərimli tərəfindən mitinqlər təşkil olunanda mitinqlərin təşkilatçılarında biri maddi və mənəvi cəhətdən dəstək olan həmin bu Nəsir Muxtarlıdır. N.Muxtarlıya rayonun ağsaqqalları, ziyalıları məsləhət verəndə, o, çox kobudcasına onları təhqir edir, hətta 1nəfəri öz otağında təpiklə vurub, qovmuşdur. Məhkəməyə verib 300manatda cəza tətbiq etdirmişdir. Nəsir Muxtarlı öz işbazlığı ilə RİH-in başçısı Rafil Hüseynova o qədər yaxındır ki, 1-ci müavin iddiası ilə çalışdı. Talış xalqının nümayəndəsi Seymur Nuriyevi işdən çıxartdırdı onun yerinə özü kürsüdə oturdu. Müxalifətçi və FETO-çü olaraq 5 il müavin işlədiyi dövrdə Rafil Hüseynovla sıx əlaqəyə girərək rayonda tanıdığı və güvəndiyi adamlara saxta sənədlərlə işlər görmüş, külli miqdarda pul mənimsəyərək öz taxt-tacını möhkəmləndirmişdir. Ata mülkündə 2mərtəbəli dəbdəbəli villa tikdirmişdir. Nəsir Muxtarlının özbaşınalığı bununla bitmir. Mənbənin verdiyi məlumata görə, RİH başçısı R.Hüseynovla əlbir olaraq Rayon Təhsil Şöbəsinin yeni təyin edilmiş Toğrul Məmmədovu sıxışdırıb məcbur edərək məktəblərdə müəllimlərdən 200manat pul, direktorlardan 2500manat tələb edir,əks təqdirdə işdən azad edəcəkləri ilə hədələyirlər. Sonradan təhsil şöbəsinin müdiri 12 Viləş su anbarının müdiri A.Ağayevin N.Muxtarlı ilə qanunsuz işləri həmin insanı törətdiyi korrupsiya əməlləri ilə işdən azad etdilər. bir sözlə, RİH başçısı R,Hüseynovun göstərişi ilə və müavini N.Muxtarlının güclü taktikası ilə görülən çirkin əməllər hələdə ört-basdır edilməkdədir. Görəsən Hesablama Palatasının araşdırması nəticəsində məlum olan naməlum yerlərə xərclənən vəsaitlər niyə hələdə ört-basdır edilir. Bu pullar kimin cibindədir? Dövlət büdcəsinə bu qədər zərər vuran İcra başçısından məmur özbaşınalığından Ölkə Rəhbərinə, Nazirliklərə, aidiyyatı qurumlara dəfələrlə müraciət və şikayət edilsədə,bu fironluq hələdə davam edir. Görülən işlər göz qabağındadı. Yeni tikilən yollar artıq dağılıb, işıq dirəkləri bərbad vəziyyətdə, rayonda şikayətçilərin sayı minlərlədir. Ölkə Rəhbərinin RİH-nin başçısı və müavini görünür, Ölkə rəhbəri, Prezidentimiz İlham Əliyevin sərt çıxışını izləməyiblər. Cənab İlham Əliyev çıxışlarında hər zaman qeyd edib ki, “Hər bir məmur xalq üçün, xalqın rifahı üçün çalışmalıdır.”

Araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

XəbərAL.AZ

Paylaş