Yevlaxdan daxil olan müraciəti oxuyanda məşhur “Tütək səsi” filmimiz yada düşdü.

Yəqin oxucuların da yaxşı yadında olar. Qılınc Qurban deyir ki, Ay İsfəndiyar kişi, nə ürək-könül məsələsi, əşi, əsgər ailəsinin namusuna sataşıblar ee…

Bəli, Yevlaxdan daxil olan müraciətdən bəlli olur ki, qarşı tərəfin ürək-könül məsələsindən istifadə edən o biri tərəf, yəni rayonun polis müstəntiqi “əsgər ailəsinin namusuna sataşıb”. Əlbəttə, sözün məcazi mənasında “əsgər ailəsi”ndən söhbət gedir.

Amma müraciətdən bəlli olur ki, zərərçəkən tərəfin evindəki böyüyü də vaxtilə DİN-İMAN əhli olub.

Əslində Yevlaxlı müstəntiqə demək lazımdır ki, allahın iti o biri itin ayağını tapdalamadığı halda sən niyə öz keçmiş paqon yoldaşının papağını batırırsan?

Axı, bu sənin çalışdığın qurumun adına, şərəfinə başucalığı gətirmir. Əgər sənin böyüyün bu rüsvayçılıqdan xəbər tutsa bilirsən nə olacaq ?

Axı, Azərbaycanda “Mənim polisim məni qoruyur” devizi olub. Söhbət təkcə asayişi qorumaqdan getmir e, polis həm də vətəndaşın namusunu qorumalıdır.

Sən isə Qılınc Qurban demişkən, əsgər ailəsinə sataşırsan.

Deməli, səni vermək lazımdır Qılınc Qurbanın əlinə, yəni qılıncdan da kəskin qanunların ixtiyarına. Qoy sənin barəndə Azərbaycan qanunu qərar versin…

P.S. Atalar deyib ki, sözü at, sahibi götürəcək.

(daha ətraflı gələn sayımızda)

Paylaş