Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, Həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucov tutduğu vəzifədən azad olunub. Buna səbəb kimi general-mayorun oğlu Rüstəm Orucovun xuliqanlıq əməlinə görə həbs edilməsi oldu. Ölkə Prezidenti bu qərarı ilə bir daha övladları yaramazlıq edən məmurları bağışlamayacağını nümayiş etdirdi. Prezidentin bu qərarı ölkə ictimaiyyəti tərəfindən də dəstəkləndi.

Generalın sürücünü vuran oğlunun həbsi isə hüquq-mühafizə orqanlarının əməkdaşlarının kimliyindən asılı olmayaraq, qanuna zidd hərəkət edənlərə qarşı ən sərt tədbirləri gördüyünü göstərdi. Ancaq…

Ancaq məsələ ondadır ki, bütün hüquq-mühafizə orqanlarının ənəkdaşları hər zaman belə qətiyyətli mövqe nümayiş etdirmirlər və ya etdirə bilmirlər. Bununla bağlı xeyli misallar çəkmək olar.

Bunlardan biri – sözügedən faktla müəyən bağlılığı olan bir hadisə barədə məlumat veməzdən öncə qeyd edək ki, general oğlunun vurduğu sürücü “Xaliq Faiqoğlu” MMC-yə məxsus 85 saylı marşrutda işləyir. Hamı generalın oğlunun üzərinə düşdüyündən, sürücünün bu hadisənin baş verməsində rolunun nə qədər olduğu ilə heç kim maraqlanmır. Halbuki, qarşı tərəf sürücünün general oğluna “var-yox” söyüşü etdiyini iddia edir.

novruzeli-orucovBunu general-mayor Novruzəli Orucov müsahibəsində də deyib: “Oğlum elə pis uşaq da deyil. Sadəcə olaraq, həmin avtobus sürücüsü oğluma qarşı var-yox söyüşü söyüb. Oğlumun da 21 yaşı var, cavan oğlandır, kim belə söyüşü götürər? İndi axmaq bir avtobus sürücüsü avtomobili vəhşi kimi idarə edirmiş. Oğlum da bunu görüb, səbri çatmayıb, sürücüyə iradını bildirib. Sürücü də oğluma ağır söyüşlə cavab verib. Bunun nəticəsində də oğlumla sürücü arasında dava olub”.

Düzdür, bu da general oğluna sürücünü vurmaq ixtiyarı vermir. Ancaq hadisənin heç nədən baş vermədiyini, general oğlunun kefi istədiyi üçün sürücünü döymədiyini də ortaya çıxarır. Nə isə, mövzumuz bu deyil…

Lakin xatırladaq ki, bu şirkətin sürücülərinin vətəndaşlarla kobud davarandığı bu yaxınlarda Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumtda da qeyd edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “APA-Economics”ə bildirib: “Konkret olaraq “Xaliq Faiqoğlu” MMC ilə bağlı bizim əlimizdə digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri var. Şikayətlərdə şirkətə məxsus avtobusların sürücülərinin kobud qayda pozuntuları, avtobusların müasir standartlara cavab verməməsi qeyd edilib…”

Qeyd edək ki, hadisənin qısa müddətdə belə rezonans doğurması da diqqətçəkən faktlardandır. Halbuki, generalın dediyinə görə, oğlu sürücü ilə dalaşdıqdan sonra barışıblar, sürücü şikayətini də geri götürüb. Ancaq sonradan məsələni ictimailəşdirib. “AzPolitika.info”ya verilən məlumatda sonradan hadisənin ictimailəşdirilməsində, internetə sürücünün döyülməsi ilə bağlı  videoların yüklənməsində “Xaliq Faiqoğlu” MMC-nin rəhbərliyinin, daha dəqiqi şirkətin faktiki sahibi Faiq Seyidovun böyük rolu olduğu iddia edilir. Məhz onun təşkilatçılığı ilə sürücü Sənan Səmədovun mətbuata da çıxıraq, bu məsələni ictimailəşdirdiyi bildirilir. Bu iddianın nə qədər dəqiq olduğunu, burda Faiq Seyidovun hansı marağının olduğunu  söyləmək çətindir. Bunu dəqiqləşdirməyə çalışacağıq.

Снимок yenicagMəsələnin maraqlı tərəfi isə odur ki, “Safa Holdinq”in sahibi, paytaxtda xeyli sayda avtobus marşut xəttinə nəzarət edən (18, 22, 27, 37, 49, 52, 53, 54, 57, 61, 65, 76, 79, 85, 119, 188, 199 saylı marşrutların “Xaliq Faiq oğlu” MMC-nin nəzarətindədir) Faiq Seyidovun da oğlunun adı insan ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində hallanır. Bu haqda ölkə mətbuatında bir müdət əvvəl məlumat verilib. Məlumatda bildirilir ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov da kübar həyat tərzi keçirməyi xoşlayır : “Xaliq Seyidov atasının vergidən yayındırdığı vəsaitlər hesabına özünə bir neçə bahalı avtomobil alıb. Məsələn, iş adamının oğlunun sərəncamında 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL”, 10-OF-090 dövlət nömrə nişanlı “Range Rover” və digər avtomobillər var.

Xaliq Seyidov bir xeyli bundan öncə paytaxtın Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib. O, avtomobilini yüksək sürətlə idarə etdiyindən qarşısına çıxan piyadanı vurub. Piyada isə, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. Xaliq Seyidov heç nə olmayıbmış kimi hərəkət edib və hadisə yerindən qaçıb. Baş vermiş yol-nəqliyyat hadisəsinin üstündən xeyli müddət keçsə də, şirkət rəhbərinin oğlu məsuliyyətə cəlb olunmayıb…”

“AzPolitika.info”ya verilən məlumata görə, sözügedən hadisə 2014-cü ildə “Memar Əcəmi” metrostansiyasına yaxın ərazidə baş verib. Maraqlıdır ki, bu məlumatlar mətbuatda getdikdən sonra da hüquq-mühafizə orqanlarının əməkdaşları biznesmenin oğlunun barəsində heç bir ölçü götürməyiblər. Hər halda Xaliq Seyidov nəinki həbsə alınıb, heç şərti cəzaya belə məhkum edildiyinə dair məlumat verilməyib.

General oğlu sürücünu vuraraq həbsə düşsə də, holdinq sahibinin oğlunun adam ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək azadlıqda gəzməsi sual doğurmaya bilməz.

Bunun səbəbi ilə bağlı hüquq-mühafizə orqanlarının və Seyidovların da mövqeyini işiqlandırmağa çalışacağıq.

vse

Rasim
AzPolitika.info

 

Korrupsiya.az

Paylaş