Bir neçə gündür ki, Naxçıvan MR-nın daxili işlər naziri Əhməd Əhmədovla bağlı mətbuatda ziddiyyətli məlumatlar dolaşır.
Hətta hurriyyet.org saytı yazır ki, nazir Əhməd Əhmədov həbs olunacağından ehtiyyat edərək bir ay əvvəldən ölkədən qaçıb.
Ancaq bu gün Naxçıvandakı mənbədən QAFQAZXEBER.AZ-a daxil olan isti məlumata görə, keçmiş nazir hazırda ev dustağıdır və onun bəzi yaxın adamları həbs edilib.
Mənbə nazirin cinayət əməlləri barədə onu bildirdi ki, keçmiş nazir vətəndaşların yüz hektarlarla torpağını qanunsuz olaraq ələ keçirib və bir sıra qanunsuz əməllərdə nazirin əli var. Hazırda nazirin fəaliyyəti ilə bağlı araşdırma gedir.
Müxbirimiz məsələ ilə bağlı Naxçıvan DİN-lə əlaqə saxladı.
Növbətçi İbrahimov müxbirimizin hurriyyet.org-a istinadən “Nazirin ölkədən qaçması ilə bağlı “ sualına “Bilmirəm” cavabını verdi.
Müxbirimizin “ Cənab nazir Əhmədov yerindədirmi” sualına isə növbətçi xeyli tərəddüddən sonra “Mən nə bilim” cavabını verdi.
Sənan Məmmədli
(QAFQAZXEBER.AZ)
Korrupsiya.az