Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun “torbatikən”i, MTN-də İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev tir-tir əsməkdədir

Ulus.Az-ın əldə etdiyi məlumata görə, MTN idarə rəisi olmuş M.Şıxəliyevin hələ də həbs təhlükəsi sovuşmayıb.

Artıq bir neçə dəfədir ki, MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun məhkəməsi təxirə salınır. Buna səbəb isə sabiq MTN istintaqçısının son söz deməyə hələ də hazır olmaması göstərilir.

Dövlət ittihamçısının 15 il cəza tələb etdiyi Vüsal Ələkbərov məhkəmə zalından azadlıqda qalan MTN rəhbərliyinə xüsusilə, nazirliyin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevə mesaj göndərib.

O, bildirib ki, mütəşəkkil dəstənin əsas rəhbərliyi azadlıqdadır və o, son sözündə sensasion açıqlamalar verəcək.

Gununsesi yazıb ki, həbs edilməməsi üçün general zərərçəkənləri razı salmalı və onlar məhkəmədə şikayətlərindən geri çəkilməlidir. Ancaq Vüsal Ələkbərovun da bu gözləntiləri özünü doğrultmayıb.

Məlum olub ki, iş üzrə zərərçəkənlərə Mövlam Şıxəliyev tərəfindən heç bir təzminat ödənilməyib. Məhz bu səbəbdən də 15 il cəza tələb olunan Vüsal Ələkbərov öz rəhbərliyini ifşa ilə hədələyir.

Vüsal Ələkbərovun bu hədəsi Mövlam Şıxəliyevi əməlli-başlı təfşişə salıb. Belə ki, Vüsal Ələkbərovun ifşası sabiq baş istintaqçının həbsi ilə nəticələnə bilər. Məhkəmə iyulun 7-də davam etdiriləcək.

Ulus.Az-ın əldə etdiyi məlumata görə, M.Şıxəliyev haqda sensasion faktların üstü açıla bilər. Bu da onun barəsində cinayət işi açılmasını şərtləndirəcək. Ona görə də general təlaş içindədir.

Milli Təhlükəsizlik Nazirliyində (MTN) keçirilən məlum əməliyyatdan sonra qurumun rəhbərliyinə daxil olan vəzifəli şəxslərdən bir neçəsi azadlıqda qala bildi.
Bunlar sabiq nazir Eldar Mahmudov, onun sabiq müavini Hilal Əsədov və qurumun istintaq idarəsinin sabiq rəisi Mövlam Şıxəliyevdir. Eldar Mahmudovla Hilal Əsədovun azadlıqda qalmaları haqda ən müxtəlif səpkili yazılar dərc olunub.

Mövlam Şıxəliyev isə sanki son dövrlərə qədər kölgədə qala bilmişdi. Bugünlərdə ondan şikayətçilər – “Texnikabank”ın əmanətçiləri Xəqani Əzimov, Nizami Kazımov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və digərləri ölkə başçısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ediblər.

“Təzadlar” qəzetinin yaydığı müraciətdə ləğv olunmuş MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərovun “Texnikabank” işi” ilə bağlı onları necə qorxudub külli miqdarda pullarını rüşvət formasında aldıqlarından bəhs olunur.

Generallar dövlətin keşiyində dayanmalı olduqları halda, sahibkarlığa qarşı geniş cəbhə açıblar. Başçılıq edən də göz qabağında və azadlıqdadır: Onun adamları Hilal Əsədov, Mövlam Şıxəliyev də həmçinin.

Paylaş