Qafqazın Şeyx Hacı Allahşükür Paşazadənin oğlu barəsində sensasion iddialar səslənir
A.Paşazadənin oğlu atası kimi şiə təriqətinə mənsub deyil.
İddialara görə, oğlu sünni olan Əli bəyin qızı ilə evlənib. Əli bəyin Türkiyədə, Misirin ƏL-Əzhar Universitetində təhsil almış qohumu Paşazadənin oğlu ilə birlikdə iş qurub.
Hətta Şeyxin qudasının İxvan qardaşları təriqətinə yaxın olduğu bildirilir. Bu ailə ilə qohumluğun Şeyxin oğlunun şiə olmaması ilə nəticələnib. Onun qatı dindar olmadığı da söylənir.
İddialara görə, A.Paşazadənin ən yaxın dostu olan millət vəkili Hacı Madər Musayevin oğlu da Şeyxin oğlu ilə əlaqəlidir.
Deputatın oğlunun da İxvanla təmaslarının olduğu barədə iddialar var. Ancaq bu iddiaların nə dərəcədə səhih olduğu bəlli deyil.
Ulus.Az sosial şəbəkələrə istinadən xəbər verir ki, Hacı Madərlə Şeyxin arasında inciklikdə yaranıb.
Bunun real səbəbləri bilinməsə də, hər ikisinin övladlarının ucbatında münasibətlərin korlandığı deyilir.
Deputatın oğlunun və Şeyxin şiəlikdən uzaqlaşması, Hacı Madərin oğlunun onu yanına çəkməsi münasibətləri pisləşdirib.
Lakin Ulus.Az-ın Analitik Mərkəzi bu iddiaların böhtan ola biləcəyini də ehtimal edir. Ola bilsin ki, Şeyxə qarşı kampaniya aparan qüvvələr bu informasiyaları yayırlar.
Məlumdur ki, hakimiyyət daxilində Şeyxlə konflikti olan dairələr var və onlar xeyli vaxtdır ki, Paşazadəyə qarşı piar aparırlar.
Hətta bir müddət əvvəl Gəncədə İmamzadə məscidində Şeyxin təyin etdiyi axundun qovulması da ona qarşı kampaniyanın tərkib hissəsi idi. Çünki Paşazadənin ölkə rəhbərliyi yanında böyük nüfuzu və etimadı var.
Bu baxımdan yayılan məlumatlar ictimaiyyətə çatdırmağa və belə bir informasiyaların tirajlandığını, poçtalara, sosial şəbəkələrə gedib çıxdığını söyləməyə çalışdıq.