Göyçay rayon H.Əliyev küçəsi ev 176 ünvanında yaşayan sakin, 1-ci qrup əlil Əhmədov Şahin İdris oğlu ölkə prezidentinə müraciət edib.

Müraciətin bir nüxsəsini də Yenisabah.az-a təqdim edən Şahin Əhmədov bildirib ki, 1956-cı ildə Göyçay rayonunda anadan olub. 1965-ci ildə 9 yaşı olanda serebral iflici nəticəsində hər iki əl və ayağından məhrum olub. Həmin vaxtdan onu əlil arabasında gəzdirirlər. Valideyinlərinin köməkliyi ilə orta təhsil alıb.

Ailəli olan Ş. Əhmədovun iki övladı var və onlar da ailəlidir. Həmçinin həyat yoldaşı və oğlu da əlildilər: “Bizim ailə mənim aldığım pensiya ilə dolanır.Üstəlik hər ay müalicəmi də pensiyamın pulu ilə etdirirəm”.

Şikayətçi deyir ki, ailə 1950-ci ildə tikilmişmiş qəzalı evdə yaşayır. Xüsusən də evin dam örtüyü çox bərbad vəziyyətdədir.Yağan qar-yağış tamamilə evə dolur.

“Dəfərlə rayondakı aidiyyati qrumlara məlumat vermişəm. Bir müddət öncə rayonda əsən güclü külək nəticəsində evin dam örtüyündəki şiferləri külək daha da aralayıb. İndi yağan yağış əvvəlkindən daha çox evə dolur.

Göyçay rayon icra başçısının 1-ci muavini İkram Vəliyevin və icra aparatının bir çox məmurlarının qəbulunda olmuşam. Onlar isə fondda pul olmadığını deyərək məni yola veriblər.

İcra başçısı Mehdi Səlimzadə mənə deyir ki, yüksək vəzifəli şəxslərə şikayət etsən, sənin üçün böyük problem yaradarıq. Keçən həftə məni rayon icra aparatına çağırdılar. Bundan öncə prezidentə və baş nazirə yazdığım məktublara görə məni incitdilər və təkrarən təhdid etdilər ki, sənin üçün çox pis olar, ağıllı ol dedilər.

17 oktyabr 2019-cu il tarixdə isə Göyçay rayon İcra hakimiyyətliyindən və rayon Mənzil İstismarı idarəsindən bizə nümayəndələr gəlib dedilər ki, büdcədə evi təmir edəcək həmin məbləğ yoxdu.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm nümayəndənizi göndərib gəlib 3 nəfər əlilin yaşadığı mənzilin hansı bərbad vəziyyətdə olmasını gözləri ilə görsünlər və Sizə məruzə etsinlər”.

Paylaş