Teref.az-a verilən məlumata görə istefaya göndəriləcək namizədlərin daha birinin adı çəkilir.
Bu 1997-ci ilin iyun ayından “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Qənbərov Miri Əhəd oğludur.
“Azərkontrakt” Səhmdar Cəmiyyətinin 84 yaşlı sədri Miri Qənbərov keçmiş ticarət naziri Miri müəllim 1997-ci ilin iyun ayından “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədridir.
1956-1961-ci illərdə “Azərittifaq”-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961-1971-ci illərdə “Azərittifaq”-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971-1978-ci illərdə həmin idarənin baş direktoru, 1978-1979-cu illərdə “Azərittifaq”-ın baş mütəxəssisi, 1979-1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri,Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981-1994-cü illərdə Respublika “İdman Malları” topdan-pərakəndə satış birliyinin baş direktoru işləmişdir.

1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışmışdır. 1997-ci ilin iyun ayından “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədridir.

Teref.az-a verilən mlumata görə Miri Qənbərovun fərmanının verilməsidə an məsələsidir.
Qeyd etmək istəyiriki ki, Miri Qənbərov yaxın keçmişdə “Azərmetal” Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasovla konflikti ilə yuadda qalıb. O zaman Şahin Abbasov Miri Qənbərovu korrupsiyada, şirkətə məxsus böyük torpaq sahələrinin satılmasında ittiham etmişdi.

Paylaş