Broker” Əbülfəz Məlikovun macəraları…
Cənab Əbülfəz Məlikov !
Sizi şəxsən tanımasaq da, eşitdiyimizə görə, çox savadlı və intellektual şəxssiniz. Hətta bəziləri sizi gömrüyün beyin mərkəzi hesab edir. Bəziləri daha uzağa gedərək, Sizi gömrük imperatoru adlandırır. Həqiqətən də siz gömrük sistemində böyük bir şəbəkə – imperatorluq qurmusunuz.
Cənab Məlikov !
Tarixdən sizə xatırlatmaq istəyirik ki, böyük imperiyaları, böyük səltənətləri eyş-işrət, hərəmxana həyatı çökdürüb. Sizin də imperiyanızı bu həyat tərzi çökdürmək üzrədir. Yəqin yaxşı yadınızdadır ki, bu əməllərə -otel həyatına görə 2015-ci ildə sizi İstanbulda saxladılar.
NUH.az-a daxil olan məlumata görə, o vaxt Kamal müəllimin bərk gedən, hətta Türkiyə hakimiyyət orqanlarına əli çatan vaxtı idi. Və Kamal müəllim sizi quyunun dibindən, daha doğrusu, Türkiyə polisinin əlindən ala bildi. Və otelə basqın söhbəti bitdi.
Amma bu sizə dərs olmadı. NUH.az-a daxil olan məlumata görə, eyni olay yenidən başqa dövlətdə baş verib.
Bu barədə növbəti yazıda.
Yuxarıda qeyd edilən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini işıqlandıra bilərik!