Ötən həftə Reportyor.info saytında “Ovçular ət və ət məhsulları” MMC-nin fəaliyyətinə, istehsal etdiyi kolbasa və sosiska məhsullarına dair internet mediasında yayımlanmış informasiyalar əsasında məqalə dərc olunmuşdu.
Həmin materiallarda sözügedən məhsulların insan orqanizminə ziyan olduğu iddiaları vurğulanmışdı.
Saytımızın əməkdaşları qarşı tərəfin mövqeyini öyrənmədən, müəssisədə araşdırma aparmadan məqaləni birtərəfli qaydada yayımlayıblar.
Bununla bağlı Reportyor.info bildirir ki, yazıda yanlışlıqlara yol verilib, internetdə əsaslandırılmamış mülahizələr mətndə yer alıb.
Apardığımız araşdırma zamanı və istehsalat müəssisəsinə baxış keçirərkən aydın olub ki, “Ovçular” şirkətinə məxsus məhsullar ekoloji cəhətdən təmizdir. Şirkətin istehsal etdiyi məhsullar arasında halal, hisə verilmiş, pəhriz üçün nəzərdə tutulmuş müxtəlif çeşidli kolbasaların keyfiyyətinə təminat verilir.
Bu gün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Respublika Standartlaşdırma mərkəzi gida məhsullarına sertifikat vermirlər.
Məsullar AQTA tərəfindən yoxlanılır analizlərin cavabı ”Ovçular ət və ət məhsulları MMC” -yə göndərilir.
”Ovçular ət və ət məhsulları” MMC 1992-ci ildən fəaliyyətə başlayan, kolbasa emalı sahəsində ixtisaslaşmış, yüksək ixtisaslı mütəxəssislərə yiyələnən müasir şirkətə çevrilib.Bu gün şirkət 63 çeşiddə qablaşdırılmış məhsulları istehlakçıya çatdırılır.2014 ci ildə Qida Təhkəsizliyinin idarəetmə sisteminin İSO 22000-2005 Beynəlxalq Sertifikatına layıq görülmüşdür.Müəssisədə fiziki -kimyəvi mikrobioloji akkreditə olunmuş laboratoriyalar fəaliyyət göstərir.
Müəssəyə daxil olan hər bir xammal labarotoriya tərəfindən yoxlanılır və analizlərin nəticəsi çıxdıqdan sonra istehsala verilir.
Şirkət 2010 -cu ildə ət və kolbasa məmulatlarına verdiyi töhvəyə görə, 2013 -cü ildə ”Keyfiyyət nişanı ət və ət məhsulları” nominasiya üzrə iqtisadiyyat və biznes sahəsində 2017 ci ildə ət və ət məhsulları sektorunda Ilin Şirkəti ”UGUR” milli mükafatı ilə təltif olunmuşdur.Hal -hazırda Ovçular ət və ət məhsulları şirkəti yüksək səviyyədə və daim təkmilləşən texnologiyalara yiyələnmiş istehsalçıdır.
Ona görə də saytımızda gedən həmin məqalədə “Ovçular” MMC barədə əsaslandırılmamış, səhv və həqiqətdən uzaq iddialar qeyd olunub. Reportyor.info
korrupsiya.az