Sosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun bıçaqlanması barədə məlumat yayılıb. Bildirilir ki, atası üçün əlillik arayışı ala bilməyən pasiyentin oğlu qastroenteroloqu bıçaqlayıb.

Korrupsiya.az xəbər verir ki, xəstəxanadan Oxu.az-a verilən məlumata görə, təəssüf ki, belə bir xoşagəlməz hal baş verib:

“Hadisənin nə səbəbdən baş verməsi ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlanıb”.

Paylaş