Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov bu gün Ermənistana gəlir və noyabrın 10-da Qarabağa gedəcək.

Korrupsiya.az xəbər verir ki, bu barədə erməni nəşrləri məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlıları Qarabağda yerləşdirilmələrinin ildönümünü qeyd etmək üçün böyük tədbir keçirməyi planlaşdırır.

“Rusiya Müdafiə Nazirliyi sülhməramlılara 200-ə yaxın medal göndərib, onları Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov gətirəcək. Sabah mükafatlandırma mərasimində medallar fərqlənən hərbçilərə təqdim ediləcək” – deyə erməni mətbuatı yazıb.

Paylaş