Şimali Azərbaycanın müstəqilliyi ilə heç zaman barışa bilməyən İran müxtəlif zamanlarda, fərqli üsullarla ölkəmizin “ürəyini bulandırmağa” çalışır.
Gah müxtəlif dini cərəyanların təbliğatlarına rast gəlirik, gah da mədəniyyətimizə qarşı olan hücumlara.

Görünür ki, ərazi iddiaları edilə bilməyəndə mədəni-mənəvi irsə iddialara cəhd edilir…

Korrupsiya.az bir sıra faktları təqdim edir:

İranın ən yayğın iddiası Nizami Gəncəvi ilə bağlıdır. Hər il Güney Azərbaycanda Nizami Gəncəvinin farsca yazması məsələsi gündəmə gətirilir, bununla bağlı tədbir keçirilir. “Sapı özümüzdən olan” manqurtların da cəlb olunduğu bu kimi təxribatçı tədbirlər Tehran rejiminin anti-Azərbaycan xislətinin, bizə qarşı düşmən münasibətinin hələ də güclü olduğuna dəlalət edir.

Bu günlərdə də İran Nizami Gəncəvini eyni mövzuda yada salıb və hətta kitab da çap ediblər.

Yalnız fars dilində yazdığına görə Nizamini, eləcə də orta əsrlərin bir sıra xalqlarına mənsub mütəfəkkirlərini İran şairi kimi təqdim etmək tendensiyası hələ şahlıq zamanından qalıb.

Məlumdur ki, o dövrdə şairlər yazdıqlarının daha geniş kütləyə çatmasını təmin etmək üçün fars dilindən istifadə ediblər. Bu, dəfələrlə alimlər, bu sahə üzrə araşdırmaçılar tərəfindən deyilib, yazılıb. Ancaq İran kor tutduğunu buraxmayan kimi sərsəmləmələrindən əl çəkmir.

Bu gün də əsərlərini xarici dillərlə yazan yazıçılarımız var. Məsələn, Çingiz Abdullayev. İndi ruslar çıxıb desin ki, Çingiz Abdullayev rus yazıçısıdır?…

Çingiz Abdullayev koronavirusa yoluxdu

Məsələ burasındadır ki, İranda Nizami ilə bağlı fikirlər yalnız elm və fikir adamları tərəfindən deyil, yüksək dövlət rəsmilərinin dilindən də eşidilməkdədir.

Gəlin Nizami yaradıcılığı ilə bağlı bir sıra faktlara nəzər salaq:

Nizaminin “Sirlər xəzinəsi” əsərində onun milli kimliyinə dair beytlərini Nizami irsinin tədqiqatçısı Siracəddin Hacı “Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd” adlandırdığı kitabında Nizaminin milli kimliyinə bir daha aydınlıq gətirilir və onun bir sıra beytlərinin türk ruhundan, türkə hüsn-rəğbət məzmunundan söz açılır:

Türk gözəllərinin gülüşlərindən

səkər xəcalət çəkirdi?

Onların baxışları ceyranların

gözündən sürməni aparırdı.

Yaxud:

Türklərin dövləti ona görə ucaldı ki,

Məmləkətdə ədalət hakim oldu.

Siracəddin Hacı yazır: “Nizami türkdür, amma millətçi deyil, ümmətçidir, insanlığın şairidir.

Nizaminin “Xosrov və Şirin” əsərində hiss və ağıl | Ruhumun azadlığı

“Xosrov və Şirin”də Nizami “torkan-e kalem” ifadəsini işlətməklə türklərin savadlılığına, ziyalılığına işarə edib və bunu yüksək dəyərləndirib.
Məzarı Gəncənin girişində olan dahi Nizaminin bu şəhərdən kənara çıxmadığı onun əsərlərindən bizə məlumdur.

Tarix boyu Gəncə şəhəri həmişə Azərbaycana aid olub, bu şəhərdə azərbaycanlıların ulu babaları olan oğuz tay¬fa¬ları yaşa¬yıblar. Özünə Nizami Gəncəvi təxəllüsü qəbul etmiş İlyas Yusif oğlu Gəncə şəhərində mədrəsə təhsili alıb, həyatını əsasən bu şəhərdə keçirib. Ehtimala görə o, çox az hallarda Gəncə şəhərindən kənara çıxıb. Şairin Gəncədən çıxaraq getdiyi yerlərdən bi¬rinin Həmdünyan kəndi olduğunu iddia edirlər. “Xosrov və Şirin” poemasında yazıldığına görə, Nizami Atabəy Qızıl Arslan tərəfindən 1187-ci ildə ona bağışlanıb bu kəndə gedib, “gəlirindən artıq onun xərci” olan cəmi “yarımca ağac”lıq” bu kəndin ona ərməğan edilməsindən razı qalmayıb.

Nizaminin doğulduğu Gəncə şəhəri orta əsrlərdə Azərbaycanın, eləcə də Şərqin elm və mədəniyyət mərkəzlərindən biri idi. X əsr ərəb səyyahı İbn Heykəl yazır ki, “Canza (Gəncə) gözəl, zəngin və əhalisi çox bir şəhərdir. Bu sıx yaşayış mərkəzinin insanları çox mərd, anlayışlı, xoşxasiyyət və mehribandırlar. Onlar əcnəbiləri, elm adamlarını sevirlər”.

Bəs niyə fars şairi?

İrandan fərqli olaraq dünya şərqşünasları, həmçinin Rusiya tədqiqatçıları hər zaman Nizami irsini yüksək qiymətləndirib, doğru-düzgün araşdırmaları ilə faktları ortaya qoyublar.

Hələ 1960-cı ilin yayında Moskvada Sovet hökumətinin qərarı ilə dünya şərqşünaslarının konfransındakı məruzə və çıxışlarda Nizami irsi diqqətdən kənarda deyildi. O zaman şahlıq İranını bu konfransda təmsil edən İran elmi ictimaiyyətinin tanınmış simaları olan Pur Davud, Meynəvi, Səid Nəfisi, Moin, Yarşater, İrəc Əfşar Nizaminin böyük Azərbaycan şairi kimi təqdim edilməsinə qarşı əsaslı bir iddia irəli sürə bilməyiblər.

İkinci Dünya müharibəsinin SSRİ üçün ən ağır zamanında, alman-faşistlərinin uzun sürən mühasirəsi şəraitində Leninqradda (Sankt-Peterburq) Nizaminin anadan olmasının 800 illik yubileyinin keçirilməsi, onun əsərlərinin nəşri, sonralar isə adının əbədiləşdirilməsi, Bakının mərkəzində möhtəşəm heykəlinin qoyulması və başqa bu kimi tədbirlər İranda birmənalı qarşılanmayıb. Elə bu hadisədən sonra İranda Nizaminin “İran dilli (fars) və ruhlu” şair olaraq, məhz İrana mənsubluğunu iddia edənlər çoxalmağa başladı.

Əslində, təkcə Nizami deyil, İran elə hər zaman cənubda yaşayan azərbaycanlıları farslaşdırmağa cəhdlər göstərib. İndi də müxtəlif tədqiqatçılar belə düşünməkdə və yazmaqda davam edirlər. Təbii ki, adlarını tarixçi, ədəbiyyatçı qoyanlar burada hər şeyi bir kənara atıb, sifariş yerinə yetirir, İranın qərəzli təbliğatına alət olurlar.

Dünya alimləri Nizami Gəncəvi haqda: “Türkdür” - Faktlar

Dünyadakı araşdırmaçılar isə Nizami ilə bağlı aşağıdakıları söyləyiblər:

Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb.

İran ədəbiyyatşünasları: “Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir”.

Биография Николай Бажан

3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı:

Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”.

Nikolay Tixonov (şair) - Wikiwand

1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunub:

“Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran millətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi”.

Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.

Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar”.

WAP.525.Az

Araşdımaçı alim daha sonra Nizaminin nə üçün fars dilində yazmasının səbəblərini də konkret faktlarla əsaslandırır:

“Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi “Leyli və Məcnun” əsərini türk dilində yazmaq istəyib. “Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən Axsitanın hərəkətləri onu çox qəzəbləndirir, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq verir. Amma öz etirazını əsərdə belə şərh edib: “Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam”.

Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Nizami Gəncəvi (1141-1209) də Dante, Servantes, Şeks¬pir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Vüktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.

Belə bir dahini İranın öz adına çıxması başa düşüləndir, ancaq tarixi, faktları da danmaq olmaz. Nizami Gəncəvi bir türkdür, Azərbaycan şairidir. Yuxarıdakı faktlardan da görünür ki, bunu biz yox, dünyanın tanınmış araşdırmaçıları deyir…

Paylaş