Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 3 hərbçiyə general-leytenant, 6 hərbçiyə isə general-mayor rütbəsi verilib.o Korrupsiya.az nların siyahısını təqdim edir:
General-leytenant rütbəsi alan Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, Vətən müharibəsinin komandanlarından biri olub. “Vətənə xidmətə görə” ordeninin tam kavaleri ilə təltif edilib.
General-leytenant ali hərbi rütbəsi verilən digər DSX hərbçisi isə Müzəffər Pirizadədir. O, ötən il DSX-nin Sahil Mühafizə xidmətinə rəis təyin edilib. O, bundan əvvəl Qazax əlahiddə sərhəd diviziyasının komandiri olub.
DSX-nin Aparat rəhbəri Elçin İbrahimova da general-leytenant rütbəsi verilib. O artıq bir neçə ildir ki, sözügedən vəzifədə çalışır.
General-mayor ali hərbi rütbəsi verilən Vüsal Sultanov isə Vətən Müharibəsi Qəhrəmanıdır. O, Şabran rayonunda anadan olub. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” medalı, 24 dekabr 2020-ci ildə isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Vüsal Sultanovla bərabər, Zaur Rəşidoviç Niftullayevə, Natiq Zahid oğlu Abuzərliyə, Misir Əziz oğlu Əliyevə, Aqil İnşalla oğlu Babayevə, Azad Əyyub oğlu Abdullayevə də general-mayor rütbəsi verilib.
Hazırladı: Murad İbrahimli