“Ulu Öndər” Kubokunda sonuncu yarımfinalçı Qax komandası oldu – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Mədinə” Humanitar Yardım Təşkilatı ictimai birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, “Fencing” İdman Klubu və “Difai” Futbol Klubunun təşkilatçılığı ilə “Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində 29 aprel tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər” Kuboku yarışı davam edir.

İlk etapının sonuncu, dördüncü oyunu Qax rayonu Olimpiya İdman kompleksi stadionunda, müharibə iştirakçıları və qazilərinin cəlb olunması, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi ilə yaradılmış yeni “Difai” (Qax) və “Difai” (Zaqatala) arasında keçirilib.

Tədbirdə “Mədinə” Humanitar Yardım Təşkilatı ictimai birliyi, “Difai” Futbol Klubu, Qax Rayon İcra Hakimiyyəti, yerli Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Qax rayonu şöbəsinin sədri, Qax Olimpiya İdman Kompleksinin rəhbərliyi, mətbuat nümayəndələri, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və azarkeşlər iştirak edib.

Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut ilə yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.

Çıxış edənlər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış tarixi qələbədən danışıblar.

Onlar başda cənab Prezident İlham Əliyev olmaqla, Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müharibə iştirakçıları və qazilərə göstərdikləri diqqət üçün təşəkkürlər bildiriblər.

Natiqlər müharibə qəhrəmanları olan gənclərimizin sağlam həyatın təbliği istiqamətində və idman arenasında göstərəcəkləri uğurların önəmini vurğulayıblar.

Oyuna gəlincə, qarşılaşma 5:2 hesabı ilə Qax komandasının qələbəsi ilə başa çatıb.

Daha öncə “Difai”nin Tovuz, Quba və İsmayıllı təmsilçilərinin yarımfinala vəsiqə qazandığını bildirək. “Ulu Öndər” Kubokuna mayın 10-da yekun vurulacaq.

 

 

Paylaş