Ankara 1 milyona yaxın suriyalı qaçqının Türkiyədən öz vətənlərinə qayıtmasını təmin etmək üçün tədbirlər görmək niyyətindədir.

“korrupsiya” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Suriyada təhlükəsizlik səviyyəsinin artması ilə geri qayıdan qaçqınların axını da artacaq.

“Bu günə kimi 600 mindən çox məcburi köçkün ölkəyə qayıdıb, biz 1 milyon qaçqının doğma yurdlarına qayıtmasını təmin etməyi planlaşdırırıq”, – deyə Ərdoğan bildirib.

Paylaş