Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaman Əliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Yevlax Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum olunub.

İttihama görə, Zaman Əliyev özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə zərərçəkmiş Bayram Həsənovun (şərti) icarə müqaviləsi ilə istifadəsində olan Yevlax rayonunun Varvara kəndinin ərazisində yerləşən 138 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmaq üçün adını demədiyi bankdan 200 000 manat məbləğində kredit götürməsinə köməklik göstərəcəyini yalandan vəd verib. O, bu yolla zərərçəkmişdən ümumilikdə 6300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Zaman Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Paylaş