Daxili İşlər Nazirliyi (DİN) “TikTok”da canlı yayım açaraq qayda pozuntusu edən sürücülərin videogörüntülərinə münasibət bildirib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyevin “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq ciddi qayda pozuntusu edən sürücülərin videogörüntüləri ilə bağlı araşdırma aparılır.
Bildirilir ki, qeydə alınan videogörüntülərdə qayda pozan sürücülər müəyyən edilərək, barələrində inzibati protokol tərtib ediləcək.