Bakı Kommersiya Məhkəməsində Azərbaycan Mərkəzi Bankının “Çinar-Araz Firması” MMC və “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova qarşı növbəti məhkəmə iclası keçirilib.

Hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, icraat dayandırılıb, məhkəmə tərəfindən ekspertiza təyin edilib.

Qeyd: Azərbaycan Mərkəzi Bankı “Çinar-Araz Firması” MMC və İsfəndiyar Axundovu məhkəməyə verərək ipoteka müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma İsfəndiyar Axundov 2001-ci ildə yaradılmış “Şərur” MTK-nın təsisçisidir. “Çinar-Araz Firması” MMC isə 03.01.1996 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Mübariz Mahmud oğludur.

Paylaş