Ötən il Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 560,8 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 92 milyon dollar azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,24%-ni təşkil edib.
Əlavə edək ki, 2022-ci ildə Azərbaycan 652,9 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.