Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən  Elxan Rzayevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə. Elxan Rzayev tanışı olan bir neçə nəfərə qarşı dələduzluq edib. Onlardan Şamaxı rayonunda istirahət mərkəzi tikərək şərikli qazanc əldə etmək, Quba rayonunda taxtadan 3 ev tikərək icrayə verməklə qazanc əldə etmək adı ilə külli miqdarda pul alıb.

 

Bundan başqa, o, ayrı bir tanışından qızıl alıb sataraq qazanc əldə etmək vədi verib, amma ona qarşı da dələduzluq edib. Qubada tikinti materialları satan şəxsdən 17 min manat dəyərində mal alaraq pulunu ödəməyib. E.Rzayev Səadət İmranovadan Şamaxıda zavoda alaraq şərikli işlətməyi vəd edib və buna görə də ondan 126 min dollar pul alıb. Lakin nə zavodu alıb, nə də İmranovanın pulunu geri qaytarıb.

 

İttihamda yazılır ki, təqsirləndirilən şəxs Ələkbər Cəfərovdan Qubada torpaq sahəsi almaq adı ilə 5 min manat borc alıb. Lakin borcunu qaytarmayıb. Başqa bir tanışından isə “İnşaatçılar” metrostansiyasının yaxınlığında ucuz qiymətə satılan evi alıb, baha qiymətə satmaq adı ilə külli miqdarda pul alıb.

 

Elxan Rzayevə qarşı Cinayət Məcəlləsinib 178.3.2-ci (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi Elxan Rzayevin şikayətini təmin etməyib.

Paylaş