Prezident İlham Əliyevin keçirəcəyi müşavirədə mühüm mesajlar verəcəyi gözlənilir
Dövlət başçısı son günlər ölkədə baş verən hadisələrə sərt reaksiya göstərəcəyi söylənir.
Bu xüsusatda Beynəlxalq Bankın rekonstruksiyası, 12 milyardın yoxa çıxması, maliyyə sabitliyinin pozulması və bank sektorunun sağlamlaşdırılması ayrıca gündəliyə çıxarıla bilər.
Bundan başqa, MTN generaliteti ilə əlaqəli məmurlar, siyasətçilər və Azərbaycana edilən xəyanət, ordudakı xainlər məsələsinə də toxunulacaq.
Həmçinin, itinə toy edən biznesmen, 14 yaşlı oğlu adam öldürən oliqarx, 400 minlik toy təşkil etmiş məmur və s. olaylar da müşavirədə qeyd oluna bilər.
Bəzi vəzifəli imkanlı şəxslərin övladlarının ataları kimi qudurğan hərəkət etməsi yeni hadisə deyil.
Xatırlayırsınızsa bu barədə ilk məlumatlar keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun 100 min manata ayı əti yeməsi ilə gündəmə gəldi.
Bu hərəkətlərin kulminasiya nöqtəsi 2013-cü ilin məşhur İsmayıllı qiyamı oldu. Ona görə ki, məhz həmin hadisələrdən sonra dövlət başçısı danışmaq və barmaq silkələmək məcburiyyətində qaldı.
Bu çıxışdan sonra da məmur övladları harın hərəkətlərini dayandırmadılar.
Prezident İlham Əliyevin növbəti müşavirədə məmurlara və milyonçulara xəbərdarlıq edəcəyi gözlənilir.
Prezidentin övladı Heydər Əliyev heç zaman hansısa hərəkəti, bahalı maşınla avtoxuliqanlığı olmayıb. Prezident övladı həmyaşıdlarına bir nümunədir.
Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın hələ ötən ilin ortalarında ciddi hiss olunması struktur islahatlarını qaçılmaz edib.
Məlumdur ki, Nəqliyyat Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilib, biznesi, sahibkarları təhdid altında saxlayan MTN ləğv olunub, xüsusi xidmət orqanlarında ciddi struktur islahatları və ixtisarlar aparılıb.
Müşavirədə iqtisadi islahatlar, idxaldan asılılığın azaldılması, sahibkarlığın inkişafı və başqa məsələlərə də toxunulacağı istisna deyil.
Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendum mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir.
Öncə komandada, idarəetmədə və bunlarla paralel olaraq cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirən media və müxalifətdə yenilənmə qaçılmazdır.
Dövlət başçısı iqtisadi komandasını tam yenidən formalaşdırmaq niyyətindədir və bunun üçün ən radikal addımlar. ulus.az