365info.az saytının təsisçisi və baş redaktoru Anar Asimoğlu növbəti dəfə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

Müraciətdə deyilir:

“Hörmətli Məhkəmə Hüquq Şurasının Sədri,

“Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Bədəlov Elçin Tofiq oğlu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edərək, məni Cinayət Məcəlləsinin 147.1., 147.2. (böhtan) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirmiş və barəmdə ittiham hökmünün çıxarılmasını hakimdən tələb etmişdir.

Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Zeynalov MirheydərSeyidəmir oğlu icraatında olan 1(001)-312/2017 №-li xüsusi ittihamlı iş üzrə 15.06.2017-ci il, 21.06.2017-ci il, 29.06.2017-ci il, 07.07.2017-ci il və 11.07.2017-ci il tarixlərə, cəmi 5 məhkəmə hazırlıq iclasları təyin etmişdir.

  1. 15.06.2017-ci il tarixə təyin olmuş hazırlıq məhkəmə iclası qeyri-iş gününə düşdüyü üçün baş tutmamışdır;
  2. 21.06.2017-ci il tarixə təyin olunmuş məhkəmə hazırliq iclasına Bədəlov Elçin Tofiq oğlu özü gəlməmişdir və məhkəmə hazırlıq iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Onun vəkili Cavadov Cavadın özünün xaricdə olması ilə əlaqədar iştirak edə bilməyəcəyi barədə ərizəsi hakim tərəfindən elan olunaraq məhkəmə iclası təxirə salınmış və 29 iyun tarixə təyin olunmuşdur;
  3. 29.06.2017-ci il tarixə təyin olunmuş məhkəmə hazırliq iclasına Bədəlov Elçin Tofiq oğlu özü gəlməmişdir  və məhkəmə hazırlıq iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Onun vəkili Cavadov Cavad məhkəmə hazırlıq iclasında iştirak etsə də, müdafiə etdiyi Bədəlov Elçin Tofiq oğlunun məhkəmə hazırlıq iclasına gəlməməsinin səbəbi barədə hakimə məlumat verməmişdir və hakim özü də bunu aydınlaşdırmadı. Həmin iclasda mən özüm səhhətimlə əlaqədar iştirak edə bilməmişəm. Hakim məhkəmə iclasını təxirə salaraq, 07 iyul 2017-ci il tarixə təyin etmişdir;
  4. 07.07.2017-ci il tarixə təyin olunmuş məhkəmə hazırliq iclasına Bədəlov Elçin Tofiq oğlu özü gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Onun vəkili Cavadov Cavad məhkəmə hazırlıq iclasında iştirak etsə də, müdafiə etdiyi Bədəlov Elçin Tofiq oğlunun məhkəmə hazırlıq iclasına gəlməməsinin səbəbi barədə hakimə məlumat vermədi və hakim özü də bunu aydınlaşdırmağa cəhd göstərmədi. Bu səbəbə mən, məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı Bədəlov Elçin Tofiq oğlunun təkrar gəlmədiyini, yəni 21,29 iyun və 07 iyul 2017-ci il tarixlərdə gəlmədiyini və onun gəlməməsinin səbəbini aydınlaşdırmadan  məhkəmə hazırlıq iclasının keçirilməsinin qanunsuz olduğunu və hakimin işi davam etdirməsinə etirazımı və hakimdən şikayət edəcəyimi bildirdim. Mən məhkəmə hazırlıq iclasının bu tərzdə aparılmasına etiraz etdiyimi dəfələrlə bildirsəm də hakim Zeynalov Mirheydər iclası davam etdirərək vəkil Cavadov Cavada vəsatətin müzakirəsi üçün söz verdi. Yekunda hakim növbəti hazırlıq iclasında Bədəlov Elçin Tofiq oğlunun iştirak etməsini onun vəkili Cavadov Cavadin nəzərinə çatdıraraq növbəti iclası 11 iyul 2017-ci il tarixə təyin etdi.
  5. 11.07.2017-ci il tarixdə saat 11:00-da keçirilən, sayca 5-ci  məhkəmə hazırlıq iclasında, mən yazılı vəsatətlə məhkəməyə müraciət etdim. Həmin vəsatətlə mən hakimin nəzərinə çatdırdım ki,məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsaslarını nəzərdə tutan,Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin43.-cü maddəsinə və 43.2. maddəsinə əsasən:

“Xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur”.

Həmin Məcəllənin 299.8. maddəsinə əsasən:

“Xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir”.

Qanunun maddəsində “təkrar gəlməməsi” göstərilməsi 2 dəfə gəlməməyi nəzərdə tutduğu halda, 3 dəfə təyin olunmuş məhkəmə hazırlıq iclasına üzrsüz səbəbdən gəlməyən, xüsusi ittihamçı Bədəlov Elçin Tofiq oğlunun şikayətindən imtina barədə qərar çıxarılmasına əsas olduğunu nəzərə alaraq bu barədə qərar çıxarılmasını hakimdən xahiş etdim.

Hakim Zeynalov Mirheydər 11 iyul tarixdə məhkəmə hazırlıq iclasında bildirdi ki, 21 iyun 2017-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında elan etdiyi ərizə guya Bədəlov Elçin Tofiq oğlunun ərizəsi olmuşdur və bu səbəbə növbəti məhkəmə iclasını 29 iyun tarixə təyin etmişdir.

Lakin Bədəlov Elçin Tofiq oğlunun 29 iyun və 07 iyul tarixlərdə məhkəmə hazırlıq iclaslarında iştirak etməməsinin səbəbi barədə hakim heç bir söz demədi və bunu sayca 5-ci məhkəmə hazırlıq iclasına mənim təkidli tələbimlə gətirilmiş Bədəlov Elçin Tofiq oğlunun özündən də soruşmadı. Yəni məsələ naməlum olaraq qaldı.

Hakim mənim vəsatətimə baxacağını və nəticəsi barədə 13 iyul tarixə təyin etdiyi məhkəmə iclasında qərar elan edəcəyini bildirdi.

Hörmətli Nazir,

Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin43., 43.2., 299.8. maddələrinin tətbiqinə əsas olduğu halda, yəni xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulduğuna görə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına əsas olduğu və mənim bu barədə vəsatətimi  rədd edərək məhkəmə hazırliq iclasını davam etdirdiyi üçün hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun mənim cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutdur.

Odur ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin109. (Hakimə etiraz) və 109.1.8. (hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda) maddələrinə əsasən, mən hakim Zeynalov MirheydərSeyidəmir oğlunun xüsusi itiham qaydasında barəmdə şikayətə dair işin davam etdirməsinə etiraz edirəm.

Qasımov Anar Asim oğlu

JURNALİST YENİDƏN FİKRƏT MƏMMƏDOVA MÜRACİƏT ETDİ: “HAKİM MİRHEYDƏR ZEYNALOV TƏRƏFKEŞLİK EDİR”

HƏBS TƏHLÜKƏSİYLƏ ÜZLƏŞƏN BAŞ REDAKTOR PREZİDENTDƏN KÖMƏK İSTƏDİ – MÜRACİƏT

365İNFO.AZ-IN BAŞ REDAKTORU ANAR ASİMOĞLUNUN SƏHHƏTİ PİSLƏŞDİ

“AKKORD”UN KEÇMİŞ DİREKTORU, “NORTH VEST”İN DİREKTORU ELÇİN BƏDƏLOV BAŞ REDAKTORU HƏBS ETDİRMƏK İSTƏYİR

QURTULUŞ GÜNÜ İCLAS KEÇİRƏN HAKİMDƏN NAZİRƏ ŞİKAYƏT OLUNDU – FOTO

365İNFO.AZ SAYTININ BAŞ REDAKTORU PREZİDENTƏ MÜRACİƏT ETDİ

365İNFO.AZ SAYTININ RƏHBƏRİ ANAR ASİMOĞLUNUN HƏBSİNİ SİFARİŞ EDƏN KİMLƏRDİR..?

MƏŞƏDİ İBAD DEMİŞKƏN, “NORTH WEST ”İN FƏHLƏSİNİN DƏRMAN PULU CƏHƏNNƏMƏ…

KEÇMİŞ MTN GENERALLARI NƏ ÜÇÜN ARVADLARINDAN BOŞANIR ?

ELÇİN BƏDƏLOV KİMDİR?

“NORT VEST KONSTRAKŞN” ŞİRKƏTİ TENDERLƏRDƏ HANSI “OYUNLAR” OYNAYIR?

“SOLİD CONSTRUCTİON” ŞİRKƏTİNİN RƏHBƏRİ MƏMUR İMİŞ…

“SOLİD CONSTRUCTİON” DİNDAR “QARDAŞLAR”DAN ALINAN PULU QAYTARIBMI?

BAŞ REDAKTOR ANAR ASİMOĞLU DİN BAŞÇISI RAMİL USUBOVA MÜRACİƏT ETDİ 

 

Paylaş