Bakıda uşaq poliklinikasında həkimin rüşvət tələb etməsinin görüntüləri yayılıb.
Baku.ws xəbər verir ki, videoda həkimin vətəndaşdan qan analizi almaq üçün 3 manat tələb etdiyi görünür.
Şikayətçi Elnur Hüseynin iddiasına görə, hadisə Bakı şəhəri, Xətai rayonu 9 saylı uşaq poliklinikasında olub. Onun sözlərinə görə, bu video qan analizi götürülən otaqda çəkilib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, bütün dövlət xəstəxanalarında xidmətlər pulsuzdur.
“Vətəndaşın iddiası araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Lakin vətəndaşın həkimin rüşvət tələb etməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etməsi tövsiyə olunur”, – deyə SN rəsmisi bildirib.     BakuPost

Paylaş