Millətinsəsi.info saytına Neftçala rayon Uşaq İncəsənət və Musiqi məktəbinin direktor İlqar Rəhimli ilə bağlı şikayət daxil olub.
Şikayətçi Ələsgərova Gülçöhrə Hidayət qızı redaksiyamıza göndərdiyi məktubunda yazır ki, Neftçala rayon Uşaq İncəsənət və Musiqi məktəbinin müəllimlərindən pambıq pulu yığılır: “Məktəbdə işləyən müəllimlərdən 18 saat dərs saatı olanlardan 50 manat, 22 saatı olanlardan 60 manat, 24 saatdan çox olanlardan isə 80 manat pul tələb olunur.”
Şikayətçi Ələsgərova Gülçöhrə Hidayət qızı onu da bildirib ki, məktəb direktoru müəllimlərdən 18 saat dərs saatı olanlardan 50 manat, 22 saatı olanlardan 60 manat, 24 saatdan çox olanlardan isə 80 manat məbləğdə pul tutacaq.
Səbəbini soruşan müəllimlərə direktor bildirib ki,mənə yuxarıdan tapşırıq gəlib və pambığı sulamaq üçün pul lazımdır: “Gedin dərdinizi kimə istəyirsiniz deyin. Müəllimlərə deyilib ki, ya özləri bu məbləği versinlər, ya da maaşlarından tutulacaq.”
Şikayətçi sonda onu da qeyd edib ki,bəzi müəllimlər direktor İlqar Rəhimlidən Neftçala Rayon prokuroruluğuna şikayət etməyə hazırlaşırlar.
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.

Paylaş