Tənzimləyici qurum kimi yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sovet “obxess”i kimi fəaliyyət göstərməyə başlayıb
Ən azından İsmayıllı rayon sakini Quliyev Tural Ramiz oğlunun başına gələnlər bu qənaəti doğurur. Belə ki, yenixeber.org-a daxil olan məlumata görə İsmayıllı rayon Kürdmaşı kənd sakini Quliyev Tural Ramiz oğlu Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumunun əməkdaşlarının “obxess”sayağı fəaliyyəti sayəsində işsiz qalıb… Agentliyin əməkdaşları Eldar Əzizov və Elşən Qasımov Quliyevlər ailəsinin yeganə gəlir mənbəyi olan qəssab dükanını əvvəlcədən xəbərdar etmədən qapayıblar. Qeyd edək ki, Tural Quliyev İsmayıllı rayon, Cavanşir küçəsində yerləşən bu dükanda uzun zamandır qəssablıq fəaliyyətilə məşğul olur. Rayon mərkəzində onlarla belə satış dükanı olsa da, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları məhz bu sırada standarta uyğun şəraiti olan üç-beş dükandan birini qıfıllayıb(?) Tural Quliyev üzləşdiyi problemlə bağlı Prezident Adminstrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətlərinin əksəriyyətinin ünvanına çatması haqqında cavab alsa da, Qida Təhlükəsizliyi Agentliyindən hec bir cavab almayıb. Amma nə sirrdirsə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsindən rəsmiliyi şübhə doğuran məktub alıb(?)
Bu məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Bəlli olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin faəliyyətinin vətəndaşlarda narazılıq yaratması ilə bağlı bu məlumat ilk deyil. Tənzimləyici orqan kimi yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “obxess” kimi fəaliyyət göstərməsi haqqında iddialar isə qurum tərəfindən şərh olunmur və cavabsız qalır. Həm ictiami rəyin, həm də ekspertlərin bu Agentliyin fəaliyyətinə yanaşmalarının yumşaq desək birmənalı olmaması da sirr deyil.
Aktuallığını mövzunun nəzərə alıb, davam etdirəcəyik.